Yerli Olimpiya İdman Kompleksində baş tutan mübarizələrdə rayon mərkəzi və kəndlərdə yerləşən məktəblərin 24 komandası çıxış edib. Hər kollektivin tərkibində 1-i ehtiyat 2-si isə əsas olmaqla 3 qız voleybolçu yer alıb. Yarışın qaydalarına uyğun olaraq birinci yerə çıxan komanda Bakıda reallaşacaq final mərhələsində iştirak etmək hüququ əldə edəcək.
Xəqani Abbasov - məşqçi: “Bu gün Göygöldə keçirilən bu yarış rayonumuzda bu idman növünün inkişafına böyük təkan verəcək. Arzu eliyərdik ki, bu cür yarışlar müntəzəm təşkil edilsin. Eyni zamanda onu qeyd edim ki, sentyabr ayında voleybol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarının rayonumuza salınması bu idman növünü daha da populyarlaşdıracaq və burada iştirak edən məktəblilərin gələcək karyerasında mühüm rol oynayacaq.”
Orxan Cəfərzadə
- Baxış: 912