• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 03.05.2017 12:48

Qayda pozuntuları qeydə alındı

KepezTV Player

Lənkəranda sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə reyd keçirilib. Reyd zamanı 52 qayda pozuntusu qeydə alınıb.

İri və kiçik tutumlu avtobuslara qarşı keçirilən reyd rayon ərazisini əhatə edib. Reyd zamanı yol polisi əməkdaşları avtobuslara normadan artıq şərnişin götürən sürücüləri saxlayaraq barələrində tədbir görüblər.

Bundan başqa qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıqlar quraşdırmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan iri və kiçik tutumlu avtobuslar saxlanılaraq cərimələniblər.

Bəzi sürücülərin sənədləri olmadığından nəqliyyat vasitələri birbaşa cərimə meydançasına aparılıb.

Ümumilikdə reyd zamanı 52 qayda pozuntusu aşkarlandı. Bunlardan 14-ü sərnişindaşıma qaydalarının pozulması, 5-i avtomobilin texniki baxışdan vaxtında keçirilməməsi, 3-ü avtomobilin sığorta olunmaması və digər qayda pozuntusu ilə bağlı olub.
 

Zülfiyyə Telmanqızı