Amazon şirkəti Echo Look adlı smart-kamera təqdim edib. İstifadəçinin xarici görünüşünü qiymətləndirmək funksiyasına malik aparat, sahibinə hansı geyimi seçməkdə də yardım edir. Cihaza yaxınlaşmadan ona selfi və ya videoçəkilişi etmək əmri də vermək olar. Style Check funksiyası təkliflərini müasir dəbə, paltar rənginə və stilə nəzərən təqdim edir. Vaxt keçdikdə kamera daha da “ağıllanaraq” qarderobu və sahibinin əsasən nələrə üstünlük verdiyini yadında saxlayır. Əgər istifadəçi paltar məsələsində bir qərarə gələ bilmirsə, o zaman iki foto şəkil çəkilə və həmin görüntülər Echo Look funksiyası vasitəsilə smarfonda dəyərləndirilə bilər. Süni intellektdən savayı, qiymətləndirmədə peşəkar stilistlər də iştirak edir. Echo Look mikrofon, dinamik, dörd LED işıqlandırma və çəkiliş zamanı arxa planı qeydə alan kamera ilə komplektləşir. Digər özəlliklərinə görə isə aparat, Dot və Tap smart-səsgücləndiricilərdən fərqlənmir. Ona Amazon internet mağazasında sifariş edə bilən, hava haqqında proqnoz verən, Vikipediyadan ən son xəbərləri və məqalələri çatdıran Alexa səs köməkçisi də quraşdırılıb. Echo Look hələlik dəvətə əsasən satılır və sifariş qiyməti $200-dır.
Cavanşir Məmmədzadə
- Baxış: 347