• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1955
— 03.05.2017 10:02

Çinlilər nəhəng robot meymun düzəltdilər

Greatmetal adlı Çin şirkəti nəhəng meymuna bənzər robot düzəldib. Pekində G-Festival-da sərgilənən prototip elmi-fantastik filmlərdə, video oyunlarda və animasiyalarda göstərilən robotların bənzəridir. Bu tip robotları adətən sərgi üçün hazırlayırlar və döyüşdə istifadə edilmir. Monkey King isə 4 ayaqları üzərində yeriyə, hətta tam şəkildə ayaq üstə dura bilir. Şaquli vəziyyətdə robot, belindəki dəmiri əlinə götürməyi bacarır, bu da onun döyüşkən olmasından xəbər verir. Əslində nəhəng robotun nələrə qadir olduğu haqqında məlumat verilmir və görüntülərdən də nəsə anlamaq çətindir. Bilinən odur ki, əzələlərini və başı tərpədir.

 

Cavanşir Məmmədzadə