• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1583
— 03.05.2017 10:01

Skoda yeni krossoverini anons etdi

Skoda şirkəti yeni krossover işləyib hazırlayıb. Çexiya brendinin yeni avtomobili Karoq adlanır. Bu ad, Alyaska yarımadasının cənub sahilində məskunlaşmış yerli Alyutik xalqının dilindən götürülüb. Maşının rəsmi təqdimatı 18 mayda Stokholmda olacaq. Qlobal satış isə bu ilin ikinci yarısından başlayacaq. Modelin yığılacağı zavod Çexiyanın Kvasini şəhərində yerləşir və hazırda burada Roomster, Yeti, Kodiaq və Superb kimi modellər istehsal olunur. Skoda Karoqun qiyməti bir müddət sonra açıqlanacaq. Deyilənə görə, krossoverin motor qammasına at gücü 125-220 arasında dəyişən benzin motorlar qərarlaşacaq. Müştərilərə həmçinin at gücü 120-184 arasında dəyişən dizel aqreqatlar da təklif olunacaq. Yeni modelin hətta hibrid güclə satılacağı bildirilir.


Cavanşir Məmmədzadə