• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 02.05.2017 23:52

Yol qəzalarında 4 nəfər xəsarət aldı

KepezTV Player

4 yaralı, yararsız avtomobillər, şok, stress və peşmanlıq. Bugünkü qəzaların nəticəsi belədir.

Paytaxtın Səbail rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Salyan şosesində qeydə alınıb. "AUDİ" markalı avtomobilin sürücüsü 36 yaşlı Firdovsi Əliyev qəfil idarəetməni itirib. Sürət yüksək olduğundan maneələrə çırpılan avtomobil daha sonra dəmir hasara dəyərək aşıb. Qəza nəticəsində Firdovsi Əliyevlə yanaşı, sərnişini 36 yaşlı Leyla Muradova xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Yararsız hala düşən avtomobil isə cərimə meydançasına aparılıb.

Goranboy Dəliməmmədli şəhərində “VAZ 2106” markalı minik avtomobili ilə “KamAz” markalı yük maşını toqquşub. Qəza nəticəsində “VAZ”-da olan qadın, Gəncə şəhər sakini 27 yaşlı Ayşə Əsgərova xəsarət alıb. Yaralı Gəncə Şəhər TTYX-nın travmatologiya şöbəsinə gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti stabildir.

Gəncədə də "Prado" markalı avtomobillə "KamAz" toqquşub. Nəticədə "Kamaz"ın sürücüsü 65 yaşlı Əhəd Qasımov müxtəlif bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhər TTYX-nin Travmatologiya şöbəsinə aparılıb. Ona yardım göstərilib və ambulator müalicəyə göndərilib. Faktlar araşdırılır.

Zülfiyyə Telmanqızı