• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2319
— 03.05.2017 00:02

At oğruları saxlanıldı

KepezTV Player

Deyirlər at murada çatdırır. Amma bu dəfə əksinə olub. Nə az nə çox üç nəfərin muradını gözündə qoyub. Səbəbkar da at deyil... atla pullanmaq eşqinə düşənlərdir. On at oğurlayıb, altısını boynuna alan dələduzlar elə at sürəti ilə də qazamata yollanmalı olacaqlar.