Açıq xarakterli olduğundan yarışda əksər şəhər və rayonların komandaları iştirak edib.
Yerli Olimpiya İdman Kompleksində baş tutan mübarizələrdə uşaq, yeniyetmə və gənclər bacarığını göstərib. 25 komandanın qatıldığı yoldaşlıq görüşlərində Gəncəylə yanaşı Tovuz, Şəmkir, Göygöl, Yevlax, Ağsu, Qəbələ, Göyçay, Sumqayıt və Bakı idmançıları da tatami üzərinə çıxıb. Yarışda ümumilikdə müxtəlif çəki dərəcələrində 400-ə yaxın oğlan və qız taekvandoçu qüvvəsini sınayıb.
Yoldaşlıq görüşləri üçün Nizami yurduna ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən titullu idmançılar da təşrif buyurub.
Qeyd edək ki, Premyer Liqanın yoldaşlıq görüşləri paytaxtdan kənarda ilk dəfə regionda keçirilib. Bundan sonra bu yarışların digər zonalarda da təşkil edilməsi planlaşdırılır.
Orxan Cəfərzadə
- Baxış: 476