• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1025
— 02.05.2017 16:04

“Qalatasaray” böyük hesablı qələbə qazandı

Türkiyə Super Liqasında 29-cu tur arxada qalıb. Turun son oyun günündə “Bursaspor” – “Qalatasaray” matçı keçirilib. Əvvəlki iddiasından xeyli aralı düşən klubların qarşılaşması qonaqların böyük hesablı qələbəsi ilə nəticələnib. Millimizin üzvü Dəniz Yılmazın iştirak ərizəsinə salınmadığı görüşün ilk iki qolunu Bruma vurub. Oyunu yüksək səviyyədə keçirən yarımmüdafiəçi birinci hissədə dubl edib.  İkinci yarının əvvəlində Uesli Sneyderin cərimə zərbəsindən göndərdiyi topu Əhməd Çalık qapıdan keçirib. Qalan vaxtda cim-bom daha iki qolla yadda qalıb. Ev sahiblərinin müdafiə xəttində ardıcıl səhvlər əvvəlcə Lukas Podolskinin, daha sonra isə Yasin Öztekin fərqlənməsinə şərait yaradıb. 5-0. Qalatasaray Bursanı məhz bu hesablı qələbə ilə tərk edib.

1 may

Bursaspor - Qalatasaray 0:5

Qol: Bruma, 6; 45. Ahmet Çalık, 57. Podolski, 60. Yasin Öztekin, 89. 

Osmanlıspor - Konyaspor 0:0

Azad Rəfi