• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 02.05.2017 13:36

Tələbələr şəffaf vergi partnyorluğu haqqında məlumatlandırılıb

KepezTV Player

Respublikada keçirilən "Shoping festivalı" - "Taxfree", nağdsız hesablaşmalar, sabit məbləğin hesablanması, qeydiyyat məsələləri, şəffaf vergi partnyorluğu haqqında tələbələr məlumatlandırılıb. 12 saylı Ərazi Vergilər Departamentinin nümayindələrinin maarifləndirici xarakter daşıyan görüşü Gəncə Dövlət Universitetində baş tutub. Tələbələrlə baş tutan sayca ikinci görüşdə məqsəd vətəndaşlar arasında vergi mədəniyyətinin artırılması, sual doğuran məqamlara aydınlıq gətirilməsidir. 

Rauf Mirzəyev- 12 saylı Ərazi Vergilər Departamentinin Vergi Ödəyicilərinə Xidmət və Şəvvaf Vergi Partnyorluğu idarəsinin direktoru: “Suallar çox olur. Tələbə və müəllimlər aktiv iştirak edirlər. Əsas suallar isə qeydiyyat məsələləri, vergi partnyorluğu kimi mövzular ətrafında olur”.

Gülnar Fazilqızı