• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2281
— 02.05.2017 13:30

Paytaxtda iki bıçaqlanma hadisəsi baş verdi

KepezTV Player

Soyuq silaha əl atıb, insanların həyatını zəhər edənlər paytaxtda da tapılıb. Zərərçəkənlərsə 30 yaşlı qadınla, 19 yaşlı tələbədir.Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. 30 yaşlı Samirə Məhərrəmova Azadlıq metrosunun yaxınlığında yerləşən parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Hadisə barədə polisə məlumat verilib. Əməliyyat olunan yaralının vəziyyəti yaxşılaşandan sonra polisə ifadə verib. Məhərrəmova bildirib ki, park ərazisində gəzərkən tanımadığı bir nəfər ona yaxınlaşaraq pul tələb edib. O, pulunun olmadığını deyəndə həmin şəxs qadını bıçaqla vurub və daha sonra çantasını əlindən alaraq qaçıb. Nərimanov rayonunda isə Azərbaycan Tibb Universitetinin tələbəsi bıçaqlanıb. Tanışı onu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həyətində yaralayıb. 19 yaşlı Mehran Quliyev ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Gənc əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Polis hər iki faktla bağlı araşdırmalara başlayıb.

Zülfiyyə Telmanqızı