• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1504
— 02.05.2017 13:27

Gömrük nəzarətindən gizli saxlanan 3400 ədəd siqaret aşkarlanaraq götürüldü

KepezTV Player

Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətinə bəyan edilməyən, 3400 ədəd markalı siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı