• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1204
— 02.05.2017 13:24

Əcnəbini qarət edənlər saxlanıldılar

KepezTV Player

Yad görüb, puluna qənim kəsildilər. Qaçdılar, amma çox uzaqlaşa bilmədilər. Vicdanlarını, qanun qarşısında məsuliyyətlərini və yaxınlıqdakı polisləri unutduqları üçün cavab verməli olacaqlar. 

Paytaxtın Səbail rayonu ərazisindəki Sahil bağında iki nəfər naməlum şəxs Böyük Briyaniya vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pulqabısını talama yolu ilə alaraq hadisə yerindən qaçıblar. Səbail Rayon Polis İdarəsi Cinayət- Axtarış Şöbəsinin hadisə yerinin yaxınlığında xidmət aparan əməkdaşlarının çevikliyi nəticəsində soyğunçuluq edən Bakı şəhər sakini Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev yaxalanıb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir. Polis əməkdaşları saxlanılan şəxslərin digər cinayətlərdə iştirakını istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-nə müraciət edə bilərlər.

Zülfiyyə Telmanqızı