• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 708
— 02.05.2017 10:55

“Dəmir adam” kostyumu ilə beynəlxalq konfransda havaya qalxdı

Gravity startapının yaradıcısı Riçard Brauninqin daha əvvəl “Dəmir adam” (Iron Man) kostyumunu ixtira etdiyi haqqında xəbər vermişdik. O, indi bu əl işini Kanadanın Vankuver şəhərində keçirilən TED konfransında nümayiş etdirib. Brauninq çox aşağı səviyyədə uçaraq onu izləyən izdihamı coşdurub. Kostyum özündə aviasiya kerosini ilə işlənmiş 6 reaktiv mühərrik və yanacaq ehtiyatı barədə məlumat verən mürəkkəb ekranlı dəbilqəni birləşdirir. Onunla şaquli vəziyyətdə uçmaq üçün sahibi əlləri ilə sürəti və istiqaməti tənzimləməlidir. Yaradıcının sözlərinə görə, Dedal kostyumu sahibini göründüyündən daha yüksək və sürətlə qaldırmaq gücündədir. O, saatda 321 kilometr sürətlə uça və bir neçə min fut göyə qalxa bilir. Ancaq Brauninq təhlükəsizlik səbəblərinə görə, çox qalxmayıb.

Cavanşir Məmmədzadə