Nissan və Plug In Adventures firması Leaf modelinə düzəliş edərək Leaf AT-EV adlı elektrokar hazırlayıb. Yeni maşın Monqolustanda başlancaq ralli-reyddə iştirak edəcək. Ralli-kar 30 kVts həcmi olan lition batareyalı yenilənmiş elektrokarın bazasında yığılıb. Bu batareya imkan verir ki, avtomobil şarjsız 250 kilometr məsafə qət etsin. Elektromobil yolsuzluq şəraiti üçün idman şinlər, asma üçün əlavə qoruyucu və gücləndirilmiş əyləc mexanizmləri əldə edib. Arxa oturacaqlardan imtina sayəsində avtomobil 32 kiloqram çəki atıb. Yeni Nissan Leaf hətta damın üstündə xüsusi avadanlıqlar daşımaq üçün baqaj yeri və gecə vaxtı yüksək sürətlə hərəkətə şərait yaradan əlavə LED işıqlı projektorlar qazanıb. Təchizata böyük ilk yardım çantası və yanğınsöndürən qurğu daxildir. Monqol adlı ralli 16 iyundan start götürür. Ekipaj təxminən 16 min kilometr məsafə yol gedərək Monqolustandan Böyük Britaniyaya çatmalıdır.
Cavanşir Məmmədzadə
- Baxış: 467