• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1727
— 02.05.2017 10:52

Yeni şəhəraltı tunellər belə olacaq

Elon Mask, TED konfransı çərçivəsində özünün yeni şəhəraltı tunellər layihəsinin ilk videosunu təqdim edib. Sözügedən layihə, şəhərlərdə tıxac problemini həll etmək üçün nəzərdə tutulub. Yeni videodan məlum olub ki, avtomobilin həmin tunellərdən birinə daxil olması üçün o, xüsusi platformaya qalxmalıdır. Daha sonra platforma, şaquli şəkildə avtomobili tunelə endirəcək. Tunel daxilində avtomobili özü yox, onu tunelə endirmiş platformaya bənzər digər platforma lazımi yerə çatdıracaq. Maşını müəyyən yerə çatdıracaq platforma isə maksimum saatda 207 km sürətlə hərəkət edə biləcək. Təyinat nöqtəsinə çatandan sonra avtomobili endirib-qaldıran platforma, maşını tuneldən yer üzünə qaldıracaq. Hazırda Elon Maska məxsus The Boring Company şirkəti, SpaceX-in Los Anceles şəhərindəki ofisinin altında təqdimat üçün nəzərdə tutulmuş tunelin inşası ilə məşğuldur. Tunel inşasının şirkət ofisi sərhədindən çıxması üçün Mask, hökümətdən icazə almalıdır. O, tunellər barədə ilk dəfə 2016-cı ilin sonunda məlumat vermişdi. Dediyinə görə, yollarda olan tıxaclar onu dəli edir.
Cavanşir Məmmədzadə