• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 01.05.2017 21:56

Gəncə sakinini ilan sancıb

KepezTV Player

Gəncədə ilansancma hadisəsi qeydə alınıb. Şəhər sakini 51 yaşlı Ramiz İsmayılov Cavadxan qəsəbəsində özünə məxsus həyətyanı sahədə işləyərkən ilan onun barmağından sancıb. Zərərçəkən dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Elton Cabbarlı