• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2341
— 01.05.2017 15:03

“Barselona” və “Real”ın çempionluq mübarizəsi davam edir

Futbol üzrə İspaniya La Liqasında 35-ci turun oyunları keçirilir. Hesabat turunda çempionluğa iddiallılardan “Barselona” səfərdə qələbəyə sevinib. Enrikenin komandası Kataloniya derbisində “Espanyol”a qalib gəlib. Barsa yalnız ikinci hissədə qol vurmaq istəyinə çatıb. Luis Suareslə hesabı açan qonaqlar İvan Rakitiçlə fərqi artırıblar. Oyunda son nöqtəni də Suares qoyub. Uruqvalı hücumçu sona az qalmış dublunu rəsmiləşdirib – 3:0.

Liderin ən yaxın izləyicisi “Real” Madrid doğma meydanda “Valensiya” ilə qarşılaşıb və rəqibini çətinliklə məğlub edib. İlk yarıda Ronaldonun məshuldar zərbəsi ilə tablonu hərəkətə gətirən paytaxt klubu ikinci hissənin əvvəlində hesabı artırmağa yaxın olub. Amma portuqaliyalı superulduz 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Ruhdan düşən kral klubu 82-ci dəqiqədə qapısından qol buraxıb. Daniel Parexo qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsindən baxımlı qola imza atıb. Amma “Real” qələbəni yarasalardan qoparda bilib. Marselo fərdi bacarığı sayəsində fərqlənməklə komandasının xal itkisinə yol verməyib – 2:1. Bu qələbə ilə xallarının sayını 81-ə çatdıran madridlilər Barselona ilə ilk iki yeri bölüşdürürlər. “Real”ın ehtiyatda bir oyunu var.

Cari mövsümdə iki nəhənglə rəqabətə tab gətirməyən “Atletiko” bütün ümidlərini bürünc medallara bağlayıb. Qitənin ən nüfuzlu turnirində baş mükafata köklənən Dieqo Simeonenin yetirmələri 35-ci turda Las Palmas səfərinə yollanıb və böyük hesabla qalib gəlib. Qonaqlar fasiləyə kimi Kevin Qameyronun iki,  Saul Niqesin isə 1 dəqiq zərbəsi ilə hesabı öz xeyrlərinə dəyişiblər. İkinci hissədə ev sahiblərinin Kevin Boatenqin meydandan qovulması ilə azlıqda qalmasından istifadə edən Atletiko  daha iki qol vurub. Əvvəlcə Tomas Parteylə 4-cü rəqib qapısından keçirən zolaqlılar  uzatma dəqiqəsində Fernando Torreslə hesabı biabırçı həddə çatdırıblar. 5-0.

İspaniya La Liqası, 35-ci tur

28 aprel

Vilyarreal - Sportinq 3:1

Qol: Soldado, 33. Bakambu, 47; 59 - Duqlas, 73. 

29 aprel

Real Sosyedad - Qranada 2:1

Qol: Karlos Vela, 45. Xuanmi, 84 - Adrian Ramos, 65.

Real - Valensiya 2:1

Qol: Ronaldo, 27. Marselo, 86 - Dani Parexo, 82.

Las Palmas - Atletiko 0:5

Qol: Qameyro, 2; 18. Saul Niqes, 17. Partey, 73. Fernando Torres, 90+1.

Qırmızı vərəqə: Boatenq, 65 (Las Palmas).

Espanyol - Barselona 0:3

Qol: Suares, 50; 87. Rakitiç, 76.  

30 aprel

Osasuna - Deportivo 2:2

Qol: Mondraqon, 4. Xuanfran, 78-avtoqol - Gilyerme, 18; 70.

Betis - Alaves 1:4

Qol: Ruben Pardo, 12 - Krstiçiç, 48. Sobrino, 54. Kristian Santos, 58. Katay, 90+4.

Eybar - Leqanes 2:0

Qol: Kike, 62. Serji Enrix, 66.

Selta - Atletik 0:3

Qol: Raul Qarsiya, 35; 50. Mikel Riko, 83.

1 may

23:00 Malaqa - Sevilya

Azad Rəfi