• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1923
— 01.05.2017 12:44

Silah-sursat satmaq istəyərkən yaxalandı

KepezTV Player

Paytaxtda  Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinə əvvəllər məhkum olunmuş şəhər sakini Heydər Murtuzovun odlu silah satmaq niyyətində olması barədə əməliyyat məlumatı daxil olub.


Polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Murtuzov Zabrat qəsəbəsi ərazisində bir ədəd "AK-74" markalı avtomat silah, 26 ədəd patron və 1 patron darağını 2000 manata satmaq istəyən zaman saxlanılıb.
O, ifadəsində silah-sursatı 26 il bundan əvvəl tapdığını və həmin vaxtdan özündə saxladığını etiraf edib. Faktla bağlı cinayət işi açılıb. 
 

Zülfiyyə Telmanqızı