• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2214
— 01.05.2017 12:39

Baş verən yanğınlar xəsarətlərə səbəb olub

KepezTV Player

Bərdədə yanğın hadisəsi qeydə alınıb. Xanağalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yararsız hala düşüb. Yanğınsöndürənlər əraziyə cəlb olunublar. Yaxınlıqdakı tikili alovdan mühafizə olunub. Ucarda isə yanğınla nəticələnən yol qəzası baş verib. Müsüslü kəndində vətəndaşlara məxsus “Hyundai" markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub. Nəticədə “Hyundai” alışıb. Avtomobilin qabaq buferi və salonu yanıb. Yanğınsöndürənlərin müdaxiləsilə ilə alov söndürülüb.

Zülfiyyə Telmanqızı