• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2363
— 01.05.2017 12:57

Qəbristanlıqdan oğurluq etdi, həbsdən qaça bilmədi

KepezTV Player

 Oğurluq onsuz da eyibdir. Hələ bir də dünyasını dəyişmişlərin uyuduğu məkandan edilirsə, buna deməyə söz tapmırsan. Asan yolla pul qazanmaq üçün qəbristanlıqdakı dəmir barmaqlıqlara ehtiyac duyan şəxs indi qazamatdakılarla kifayətlənməli olacaq.

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən xristian qəbristanlığından dəmir barmaqlıqlar, eləcə də digər metal əşyalar oğurlamaqda şübhəli bilinən şəxsin kimliyi müəyyənləşib. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tutularaq, istintaqa cəlb edilib. Saxlanılan şəxsin yaşadığı evin həyətinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq, götürülüb. Elşən Məmmədov oğurladıqlarının bir qismini metal qəbulu məntəqələrinə satdığını etiraf edib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı