• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1198
— 01.05.2017 13:03

Avtomobil 34 yaşlı kişini vuraraq öldürüb

KepezTV Player

Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Şəhərin Heydər Əliyev prospektində "VAZ-21015" markalı minik maşını Ağdam istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən 34 yaşlı kişini vurub. Ağır bədən xəsarətləri alan rayon sakini Zabil Məmmədov hadisə yerindəcə keçinib. Sürücü qəza yerindən qaçıb. Faktla bağlı araşdırmalara başlanılıb.

 

Zülfiyyə Telmanqızı