• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 01.05.2017 11:34

Yol polisi Goranboyda reyd keçirib

KepezTV Player

Ölkə yollarında təhlükəsiz hərəkətin təmini, eləcə də ictimai nəqliyyat vasitəsi sürücülərinin intizama cəlb edilməsi istiqamətində tədbirlər davam edir. Sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatmasının təmin etmək üçün Goranboyda Dövlət Yol Polisi Bölməsi reydlərə başlayıb. Nəticə baş verə biləcək qəzaların qarşısını almaq baxımından əhəmiyyət daşıyıb. 

Sərnişinləri mənzil başına çatdırmaq istəyi sürücüyə cərimə hesabına başa gəlib. Normadan artıq sərnişin yığmaqla yaratdığı təhlükənin fərqində olmayan belə sükan sahiblərinə keçirilən reyd zamanı az rast gəlinməyib. Bakı-Qazax magistralının Goranboy rayonu ərasizində yol polisinin keçirdiyi reyd Gəncə istiqamətinə qanunu pozaraq sərnişin daşıyan iri və orta tutumlu ictimai nəqliyyat vasitələrinin sürücülərinin məsuliyyətə cəlb edilməsinə səbəb olub.

Vüqar Hüseynov- Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi: “Sürücülərə tövsiyə odur ki, sərnişin daşıma qaydalarını pozmasınlar. Maşınlara əlavə avadanlıqlar qoşmasınlar və gündəlik xəttə çıxan zaman həkim müayinəsindən keçsinlər”.

Reyd zamanı 30 halda inzibati qaydanın pozulması aşkar edilib. Bunlardan 9-u sərnişindaşıma qaydalarının pozulması, 4 protokol avtomobilin konstruksiyasına əlavə avadanlıqların qoşulması, qalan hüquqpozmalar isə ötmə, manevr etmə qaydalarının pozulması, sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi olub.

 

Xaliq Qurbanlı