• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2234
— 01.05.2017 10:02

Audi-nin lunoxodu yadplanetlilər haqqında filmə çəkildi

Audi Lunar Quattro adlı lunoxod may ayının ortalarında ekranlara çıxacaq “Yad: Razılaşma” (Alien: Covenant) adlı elmi-fantastik filminə çəkilib. Lunoxod, “Part-Time Scientists”in alman mütəxəssislərinin birgə əməyi ilə ərsəyə gəlib və sadəcə dizayn-layihə deyil. Cari ilin sonlarında Audi, Lunar Quattro-nu həqiqətən də Yer kürəsinin təbii peykinə göndərməyi planlaşdırır. Lunoxodun 85%-i alüminiumdan hazırlanıb. Çəkisi 30 kiloqram olan aparat “metallı” 3D-printerdə çap olunub. O, 4 elektromotor, enerjini günəşdən alan litium-ion batareyası və stereoskopik kameralarla təchiz olunub. “Yad: Razılaşma” - məşhur “Yad” filminin 8-ci ekran əsəridir və rejissoru Ridli Skot olan “Prometey” filminin sikveli sayılır. Yeni filmdə Ketrin Uoterston, Ceyms Franko və Maykl Fassbender rol alıblar.

 

Cavanşir Məmmədzadə