• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1411
— 29.04.2017 10:03

1 000 000-cu Mazda MX-5 dünya səyahətini yekunlaşdırdı

Mazda şirkəti milyonuncu MX-5 modelinin dünya səyahətini yekunlaşdırdığını bəyan edib. 2016-cı ildə təqdim olunan “yubiley” maşın planeti bir il idi ki, gəzirdi. Avtomobil Yaponiya, Böyük Britaniya, Almaniya, Belçika, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada yerləşən 35 məkanı dolaşaraq Xirosima şəhərinə qayıdıb. Bununla yanaşı MX-5 avqust-noyabr ayları arasında ABŞ-da Millionth Miata Celebration Tour-unda iştirak edərək 18 yerə baş çəkib. Səyahət zamanı modelin üzərinə imza çəkməyə də icazə verilib və bir il ərzində avtomobilin demək olar hər yeri yazılarla dolub. 1 000 000-cu MX-5 Mazdanın Xirosimadakı baş qərargahında sərgiyə çıxarılacaq. Model artıq 27 ildir ki, istehsal olunur.

 

Cavanşir Məmmədzadə