• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 28.04.2017 15:59

Bir günlük istirahətin ardından dünən Şəmkir şahmat superturnirində mübarizə yenidən başlayıb

KepezTV Player

İti zəka sahibləri altıncı turun görüşləri üçün stol arxasında əyləşiblər. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib. Yarışın lideri olan Məmmədyarovun sabiq dünya çempionunu məğlub edib. Digər təmsilçimiz Teymur Rəcəbov isə polşalı Radoslav Voytaşek ilə qarşılaşıb. Rəcəbov rəqibiylə sülh bağlayıb. Turun digər cütlərində Veselin Topalov Pavel Elyanovu, və Uesli So Sergey Karyakini üstələyib. Maykl Adams - Pentala Harikrişna duelində isə qalib müəyyənləşməyib. Sonuncu turdan sonra Məmmədyarov 4.5 xalla tunnir cədvəlinin vahid lideridi. Bu gün 7-ci tur çərçivəsində Şəhriyar Maykl Adamsla, Teymur Veselin Topalovla zəkasını yoxlayacaq. Sergey Karyakin Vladimir Kramnikə, Pavel Elyanov Uesli Soya, Pentala Harikrişna Radoslav Voytaşekə qarşı oynayacaq. 

Orxan Cəfərzadə