• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2196
— 28.04.2017 14:01

Gəncə sakininin mağazasında külli miqdarda dini kitab və CD aşkar edilib

Baş İctimai Təhlükəsizlik İdarəsi, Gəncə şəhər Nizami RPİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Gəncə şəhərinin Cavadxan küçəsində şəhər sakini Kifayət Məhərrəmovaya məxsus mağazaya baxış keçirilib. Oradan xüsusi razılıq olmadan satışa çıxarılan 58 ədəd dini təyinatlı ədəbiyyat və 16 ədəd CD disk aşkar edilərək götürülüb. Kifayət Məhərrəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 516-cı (dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib edilib.

Zülfiyyə Telmanqızı