• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1574
— 28.04.2017 14:00

Oğurluq edənlər saxlanıldılar

KepezTV Player

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən oğurluq edən şəxs yaxalanıb. Mamusta kənd sakini Taleh Abbaszadə 10 manat, 100 ABŞ dolları pul və 400 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə yanvarın 8-də rayon ərazisindəki yardımçı təsərrüfatlardan birindən 13 baş qoyun oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Fərasət Teymurov tutulub. Hər iki faktla bağlı araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı