• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 28.04.2017 13:58

Evdən qızıl oğurladılar

KepezTV Player

Ötən gecə Goranboyun Qızılhacılı qəsəbəsində, Ziya Abdullayevin evində oğurluq hadisəsi baş verib. Abdullayevlər səhər saatlarında Yevlaxdan qayıdan zaman mənzilin qapısının sındırıldığını, otaqdakı əşyaların dağıdıldığını və qızılların oğurlandığını görüblər. Oğrular həyətdəki iti də vuraraq huşsuz vəziyyətə salıblar. Hadisə yerinə polis əməkdaşları baxış keçirib. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Zülfiyyə Telmanqızı