• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2173
— 28.04.2017 13:58

Gənc tanışı tərəfindən bıçaqlandı

KepezTV Player

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Müşfiqabad qəsəbəsi ərazisindən 24 yaşlı Möhüm Mehrəliyev bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat edilib. Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, Möhüm Mehrəliyev aralarında yaranan mübahisə zamanı tanışı tərəfindən bıçaqlanıb. Qaradağ rayon Polis İdarəsində faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı