UTVUnderground şirkəti yolsuzluq şəraitində Polaris RZR XP Turbo EPS adlı baqqinin növbəti videoçarxını nümayiş etdirib. ArCey Anderson tərəfindən idarə olunan baqqi havada fırlanaraq “ölüm divarı”ından keçib. Seriyanın ilk videosu 2013-cü ildə təqdim olunmuşdu. Çəkilişlər Kaliforniyanın cənubunda baş tutub. Dekorasiya və tramplinlər isə Off-Road Management Group mütəxəssislərinin əməyidir. Andersonun sürdüyü baqqi 168 at güclü turbomotorla hərəkətə gəlir. Maşına həmçinin Holz Racing Products-dan düzəliş edilmiş və Walker Evans Racing dirəkləri olan asma, eləcə də yeni alətlər paneli, oturacaq və təzə 5 nöqtəli təhlükəsizlik kəməri quraşdırılıbl.
Cavanşir Məmmədzadə
- Baxış: 332