Ford Mustang bazası çərçivəsində yeni layihə bu dəfə Böyük Britaniya mütəxəssisləri tərəfindən təklif olunub. Belə ki, Sutton Bespoke tünerləri 800 at güclü Sutton CS800 Mustang göstəriblər. Yenilik vizual olaraq standart versiyadan daha aqressiv gözə dəyir. Bu da əsasən yeni karbon komponentlərinin kapotda, ön splitterdə, yanlarda və arxa diffuzorda kütləvi şəkildə işlənməsi sayəsində baş verib. Salonda Recaro oturacaqları və karbon materialından dekorativ elementlər peyda olub. Modernizə edilmiş güc sistemi at gücünü 800-dək qaldırır, yəni aqressiv görünüş yenilənmiş xarakteristika ilə üst-üstə düşür. Böyük Britaniyada bu model təxminən 85 min dollara satılacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 331