• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1360
— 28.04.2017 10:09

“Ağıllı” yastıq gecə işığını, zəngli saatı əvəzləyəcək və yuxunu izləyəcək

Amerikanın Mode Modern dizayn-studiyası Kickstarter  kraudfandinq platformasında “ağıllı” Sunrise Smart Pillow yastığı üçün uğurlu maddi vəsait toplayıb. Bu yastıq özündə gecə işığını, zəngli saatı və fitnes-trekeri birləşdirir. Qeyri-adi başaltı yatmazdan əvvəl kitab oxuyarkən gecə işığı rolunu oynayan, səhər isə günəşin oyanmasını imitasiya edən daxili işıq diodlarına yiyələnib. Bunlardan əlavə Smart Pillow, sahibinin tez yatması üçün müxtəlif səslər, musiqilər və ya audio kitabları səsləndirən daxili dinamik də qazanıb. Sonuncu həmçinin zəngli saat funksiyasını da yerinə yetirir. Bütün bunlar xüsusi pult və ya mobil proqramın vaxtilə tənzimlənir. Smart Pillow-un daha bir funksiyası da var - giroskop, akselerometr və mikrofon vasitəsilə yatmaq və durmaq vaxtını izləyir. Onunla hətta gecə yarısında hansı səsin sahibini oyandırdığını aydınlaşdırmaq olar. Yastığı ərsəyə gətirənlərin sözlərinə görə, o, keyfiyyətli materiallardan hazırlanıb. Yastıq üzünü paltaryuyan maşında da yumaq olar. İndiyəqədər qeyri-adi yastığın kütləvi istehsalı üçün 150 min dollar pul yığılıb, halbuki  bunun üçün 50 min dollar da kifayət idi. Smart Pillow üçün sifariş qiyməti 99 dollardır. Çatdırılmalar isə okyabrdan başlayacaq.

Cavanşir Məmmədzadə