• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 27.04.2017 13:05

İmişlidə 4 nəfərin xəsarət alması ilə nəticəlnən yol qəzası baş verib

KepezTV Player

 Hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Vaz-2199” markalı avtomobillə “Vaz-2107” toqquşub. Hadisə zamanı İmişli rayon sakinləri, 22 yaşlı Əliyar Kərimov, 32 yaşlı Yusif Əsgərov, 53 yaşlı Roza Şükürova və 45 yaşlı Diləfruz Mehdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə gələn təcili yardım maşını ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

Zülfiyyə Telmanqızı