• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 27.04.2017 12:17

Ölkədə baş verən qəzalar yenə insan ömrünə və sağlamlığına bais oldu

KepezTV Player

 Məkanlar fərqli olsa da nəticə eynidir. Canından və sağlamlığından olan insanlar...Bəli, yenə də söhbət qəzalardan gedir. Astara və Bakıda baş verən yol qəzalarının təfərrüatlarından hali olacaqsınız...

Astarada 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza hadisəsi Astara şəhərinin Azadlıq küçəsində qeydə alınıb. Hərəkətdə olan iki VAZ markalı avtomobil toqquşub. Qəza zamanı avtomobillərdən biri idarəetməni itirərək, hərəkətdə olan velosipedçini vurub. Nəticədə velosipedin sürücüsü, 39 yaşlı Nahid İsmayılov ağır bədən xəsarəti alıb və hadisə yerindəcə dünyasını dəyişib. Sürücü isə ərazidən qaçıb. Nahid İsmayılovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Sürücünün kimliyinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb,araşdırma aparılır. Ötən gecə paytaxt ərazində piyada vurma hadisəsi olub. Hadisə Sabunçu rayonunda, aeroport yolunda baş verib. Piyada keçidi olmayan yerdən keçmək istəyən 37 yaşlı Ramil Bayramovu “Toyota” markalı avtomobil vurub. Hadisədən sonra sürücü piyadanı xəstəxanaya çatdırıb. Müayinə zamanı həkimlər müəyyən ediblər ki, Ramil Bayramovun hər iki əli sınıb. Hadisə yerində olan polis əməkdaşları müayinələr aparıb, ekspertiza təyin ediblər. Sürücünün ifadəsi alınıb. Faktla əlaqədar cinayət işi başlanılıb.
 

Zülfiyyə Telmanqızı