• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 27.04.2017 10:57

Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib

İlk oyun günündə “Başakşəhər” “Fənərbaxça”yla qarşılaşıb. Ev sahibləri 8 və 11-ci dəqiqələrdə Cengiz Ünderin dublu sayəsində 2:0 hesabıyla önə keçsə də, bu üstünlüyünü sonadək qoruya bilməyib.“Sarı bülbüllər” əvvəlcə 13-cü dəqiqədə Ozan Tufanın qoluyla hesab arasındakı fərqi minimuma endirib. 61-ci dəqiqədə isə Robin Van Persi hesabı bərabərləşdirib. Bu qol həm də oyunun yekun nəticəsi olub. – 2:2. Bu komandalar arasında cavab oyunu mayın 17-də keçiriləcək.

Türkiyə kuboku

Yarımfinal, ilk oyun

26 aprel

 

“Başakşəhər” – “Fənərbaxça” – 2:2

Qollar: Cengiz Ünder, 8, 11 - Ozan Tufan, 13, Van Persi, 61

 

 

Orxan Cəfərzadə