• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 27.04.2017 10:02

Facebook real kamera effektlərini təqdim etdi

Facebook yeni platformasını F8 Konfransında təqdim edib. Sosial şəbəkə real kamera effektləri ilə Snapchat-in qarşısına çıxmağa hazırlaşır. Facebook bu platformasını beta versiya kimi test etməyə başlayıb. Rəqabəti gücləndirəcək məşhur sosial media platforması rəqibini fərqli nöqtələrdən vurmağı planlaşdırır. Kameranızın funksionallığını artıracaq bu platforma, yeni effektləriylə əyləncəli dəqiqələr yaşamağınızına imkan yaradacaq. Yeni platforma sayəsində fotoşəkillərə ətraflı məkan məlumatları və tarix daxil edə, şəkilinizə rəqəmsal obyekt qoya və ya bu obyekti özünüz redaktə edə bilərsiniz.

Bəzi xüsusiyyətlərə sahib olan bu platforma ilə qəhvə fincanına üzən köpək balıqları və ya buxar effekti vermək olar.

 

Cavanşir Məmmədzadə