• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 850
— 26.04.2017 21:53

Gənclər davada yaralandılar

KepezTV Player

Gəncədə kütləvi dava olub. Hadisə şəhərin Sevinc qəsəbəsində baş verib. Dava zamanı Göygöl rayon Nadel kənd sakini 21 yaşlı Aqil Qurbanlı və həmyaşıdı, Göygölün Quşqara kənd sakini Vaqif Hüseynov xəsarət alıb. Yaralılar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Vaqif Hüseynova sol qolun kəsilmiş yarası diaqnozu qoyulub. Ona tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Aqil Qurbanlıya isə qarnın daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, müalicəsi tibb müəssisəsində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.