• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2345
— 26.04.2017 18:12

Azərbaycan Texnologiya Universiteti məzunlara iş tapmaq şəraiti yaradıb

KepezTV Player

Məzun -2017” yarmarkasına ATU ilə yanaşı Aqrar və Gəncə Dövlət Universitetlərinin məzunları da qatılıb. 800 məzuna 400-ə yaxın vakant iş yeri təklif edilib. 42 müəssisənin qatıldığı məzun yarmarkası bu il 500-dən çox məzunu olacaq Texnologiya Universitetində sayca 4-cü dəfədir keçirilir.

Akif Süleymanov- ATU-nun rektoru: “Daim araşdırırıq, analiz edirik ki, kadrlarımızın işlə təmin olunması real olsun. Diplom xatirinə yox, universitet ölkənin inkişafına dayaq ola biləcək kadrların yetişdirilməsinə önəm verir. Ötən ilki yarmarkada 100-ə yaxın məzunun sənədləri götürülb, onlardan təxminən 80 nəfəri işə qəbul olundu”.