• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 882
— 26.04.2017 17:38

Gəncədə orta yaşlı kişini qatar vurub

KepezTV Player

Bu gün saat 17.00 radələrində Gəncə Dəmiryol Stansiyasının ərazisində bədbəxt hadisə yaşanıb. 58 yaşlı Şahin Məmmədov dəmiryol xəttini nəzərdə tutulmayan yerdən keçmək istəyərkən onu hərəkətdə olan qatar vurub. Qatar Gəncə-Alabaşlı istiqaməti üzrə hərəkət edirmiş. Yaralı dərhal Gəncə şəhər TTYX-ya çatdırılıb. İlkin məlumata görə, hadisə nəticəsində Şahin Məmmədov bir qolunu itirib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının müayinə və müalicəsi davam etdirilir. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirilər. 

Natiq Hüseyn