• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1591
— 26.04.2017 16:01

Samuxda Çernobıl faciəsi iştirakçılarının problemləri dinlənilib

KepezTV Player

Çernobılda 31 il bundan öncə baş verən faciənin fəsadlarını aradan qaldıran zaman əlil olan şəxslərlə Samuxda görüş keçirilib. Əlillərə göstərilən dövlət qayğısı, bu kateqoriyadan olan insanların məişət və mənzil şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən danışılıb. Qəza zamanı zərər çəkən şəxslərin statusu və sosial müdafiəsi sahəsində Samuxda icra edilən layihələr minnətdarlıqla qarşılanıb. Rayonda 27 Çernobıl əlili yaşayır ki, onlardan da 3-ü ötən il yeni mənzillə təmin edilib. 11 nəfər isə mənzil növbəsindədir. Görüşdə onları narahat edən bəzi məsələlərin həlli ilə bağlı göstərişlər verilib, Çernobıl əlillərinə ərzaq bağlamaları təqdim olunub.

Natiq Hüseyn