• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2284
— 26.04.2017 15:45

Gürcüstanda cinayət törədib Şəmkirdə gizlənən şəxs yaxalandı

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Aprelin 14-də dövlət sərhədinin pozulması faktı ilə əlaqədar həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gürcüstanda törətdiyi cinayət əməlindən yayınaraq ölkədə gizlənməyə cəhd edən Gürcüstan vətəndaşı 28 yaşlı Qəmin Xələfov saxlanılıb. Onun gizləndiyi Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən balıqçılıq təsərrüfatının inzibati binasına keçirilmiş baxış zamanı ona məxsus 1 ədəd PM markalı tapança, 1 ədəd daraq və 2 ədəd 9 mm patron aşkar olunaraq götürülüb.  Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Vüsalə Camal