• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1207
— 26.04.2017 15:30

Göygöldə Olimpiya Hərəkatı - 2017 proqramı çərçivəsində basketbol yarışı keçirilib

KepezTV Player

Olimpiya Hərəkatı - 2017 proqramı çərçivəsində basketbolun 3-ə 3 növü üzrə bölgələrdə keçirilən sonuncu yarış Göygöldə baş tutub. Yerli Olimpiya İdman Kompleksində təşkil edilən birincilikdə rayon və kəndlərdə yerləşən məktəblərin komandaları güclünü ayırd edib. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən kütləvi idman tədbirində ümumilikdə 24 komanda iştirak edib. Qalib komanda gələn ay Bakıda keçiriləcək final mərhələsinə qatılacaq.

Orxan Cəfərzadə