Masallıda cinayətkar dəstənin üzvləri saxlanılıb. Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində soyğunçuluqla məşğul olan üç nəfərlik dəstə zərərsizləşdirilib. Aprelin 18-dən 19-na keçən gecə rayonun Qızılağac kəndində maskalı şəxslər Tinati Səlimova, Xoşqədəm Mirzəyeva, Hökumə Səfərovanın yaşadığı mənzillərə daxil olaraq ev sahiblərinə hədə-qorxu gəlmək yolu ilə ümumilikdə 3 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində evlərə basqın etməkdə şübhəli bilinən üç nəfər Bakı şəhərində saxlanılıb. Onlar - Qızılağac kənd sakini Vüsal Əliyev, Bərdə rayon sakini Faiq Abışlı və Astara rayon sakini Amil Qənbərovdur. Faktla bağlı araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 671