Bu turda Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı Pentala Harikrişna, Teymur Rəcəbov isə ağ fiqurlarla İngiltərə şahmatçısı Maykl Adamsla üz-üzə gəlib. Hər iki təmsilçimiz rəqibləri ilə xalları yarı bölüb. Digər oyunlarda Uesli So Vladimir Kramniki, Sergey Karyakin Veselin Topalovu ağ bayraq qaldırmağa məcbur edib. Pavel Elyanov - Radoslav Voytaşek duelində isə qalib müəyyənləşməyib.
5 turdan sonra Məmmədyarov 3.5 xalla turnir cədvəlinə vahid liderlik edir. Adams və Elyanovun aktivində 3, Topalov, Kramnik, Karyakin və Soda 2.5 xal var. Rəcəbov və Voytaşek hərəyə 2 xal toplayıb. Harikrişna isə 1.5 xalla sonuncudu.
Orxan Cəfərzadə
- Baxış: 316