• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 26.04.2017 11:17

Britaniyalı tünerlər MX-5 sahibləri üçün turbomotor təklif edirlər

BBR adlı Böyük Britaniya atelyesi MazdaMX-5 sahiblərinə maşınlarının motorlarına turbin vasitəsilə düzəliş etmək təklif edib. Stage 1 dəsti ilə 2 litrlik mühərrikli versiyanın at gücünü 250-yə çatdırmaq mümkündür. Təkmilləşmənin dəyəri təxminən 7,2 min dollar təşkil edir. Qiymətə tam komplekt detallar və görüləcək işlər daxildir. Bununla belə, tünerlər azı 12 ay zəmanət də verirlər. Bu müddət 36 ay da ola bilər. BBR-də iddia edirlər ki, tüninqdən sonra MX-5 modelinin emissiya tullantılarının ifrazı Böyük Britaniya normalarına uyğunlaşdırılır. Hətta bildirilir ki, bütün detallar maşına zərər dəymədən quraşdırılır. Tüninqli variant 248 at gücü ilə avtomobilə yerindən 100-ü 5 saniyəyə yığmaq şəraiti yaradır. Maksimal sürət isə 250 km/saatdır.

Cavanşir Məmmədzadə