• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1427
— 25.04.2017 18:22

Fəhlə binadan yıxılaraq ölüb

Bakıda fəhlə binadan yıxılaraq ölüb. Hadisə Rixard Zorge küçəsində qeydə alınıb. Şahidlərin verdiyi məlumata görə, hava küləkli olduğu üçün fəhlə müvazinətini itirərək tikilidə quraşdırılan dəmir konstruksiyaların üzərindən yıxılıb. Yuxarı mərtəbədən aşağı düşən gənc təcili tibbi yardım gələnə kimi hadisə yerində dünyasını dəyişib. Hüquq mühafizə orqanı əməkdaşları əraziyə baxış keçiriblər. Faktla bağlı araşdırmalara başlanılıb. 

 

Zülfiyyə Telmanqızı