• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1994
— 25.04.2017 16:32

Şəmkirdə taekvando yarışı keçirilib

KepezTV Player

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin təbliği məqsədilə keçirilən kütləvi idman tədbirlərinə yekun vurulub. Regionlarda məktəblilər arasında reallaşan sonuncu belə yarış idmanın taekvando növü üzrə olub. Şəmkir Olimpiya İdman Kompleksində 12 şəhər və rayonun 100-ə yaxın taekvondoçusu mükafatlar uğrunda mübarizə aparıb. Qızlar və oğlanlar 10 çəki dərəcəsi üzrə tatamidə döyüşüblər. Yarışın nəticəsinə əsasən əldə olunan medalların sayına və əyarına görə Gəncə komanda hesabında birinci olub.

Rəşad Məmmədov- TRİM-in taekvando bölməsinin baş məşqçisi: “Regionlarda bir şeyi müşahidə etdik ki, qızların bu idmana marağı daha çoxdur. Potensiallı uşaqlar var. Onları idmana cəlb edib yığma komandaya yönləndirəcəyik”.

Azad Rəfi