• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 25.04.2017 16:13

Gəncə şəhər Dezinfeksiya Stansiyasının kollektivi gücləndirilmiş iş rejiminə keçib

KepezTV Player

Yaz-yay mövsümündə həşəratlar və mikroblar daha çox aktivləşir. Bunu nəzərə alaraq Gəncə şəhər Dezinfeksiya Stansiyasının kollektivi gücləndirilmiş iş rejiminə keçib. Aprelin 24-dən başlanılan dezinfeksiya və dezinfeksiya işləri Səhiyyə Nazirliyinin müvafiq əmri ilə həyata keçirilir. Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin təqdim etdiyi siyahı ilə əhalinin daha çox sıx məskunlaşdığı yaşayış binalarının girişi, zirzəmiləri dezinfeksiya və dezinseksiya edilir. Artıq Gülüstan yaşayış massivində və 4-cü mikrorayon ərazisində 12 yaşayış binasında qabaqlayıcı tədbirlər görülüb. May ayının 5-nə kimi davam edəcək tədbirlərə stansiyanın 4 həkim briqadası, 24 işçisi cəlb olunub.

Səlbi Cəfərova- Gəncə şəhər Dezinfeksiya Stansiyasının baş həkimi: “Zirzəmilərdə lazımi təşkilatlar təmizlik işləri aparır. Biz də öz missiyamızı yerinə yetiririk. Dezinfeksiya, dezinseksiya işlərini aparırıq. Lazımi dərman preparatları ilə təmin eliyiblər. Həmin dərman maddələrindən xlorlu əhəng, alfasipermentrin, deltametrin dərmanlarını veriblər. Tədbirlərimizi də aparırıq”.

Elnur Vahidoğlu