• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1512
— 25.04.2017 12:26

Həkimləri döydülər

KepezTV Player

Binəqədi qəsəbəsi ərazisində təcili tibbi yardım əməkdaşları döyülüb. Hadisə Sulutəpə qəsəbəsində baş verib. Çağırışa gedən 17- saylı tibb yarımstansiyasının əməkdaşları böyrək xəstəsi olan 77 yaşlı şəxsin öldüyünü bildiriblər. Bundan əsəbləşən qohumlar təcili tibbi yardım əməkdaşlarını döyməyə başlayıblar. Həkim Rizvan Hacıyev və bir xanım əməkdaş xəsarətlər alıb. Onlar dərhal xəstəxanaya gətiriliblər. Xəstəxanadan çoxsaylı xəsarətləri olan həkimlərin həyatı üçün təhlükə olmadığı bildirilib. Faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

 

Zülfiyyə Telmanqızı